Icma.az, Sherg.az saytına istinadən bildirir. Görkəmli Cavidşünas-alim, professor Sevil Həsənovanın düşüncələriKitab haqqında fikirlərimi sö
Əvvəla onu qeyd edim ki, Sabina Nasir ixtisasca nə jurnalistdir, nə də filoloq. Amma söz aləminə çox bələd biridir.
Gənc yazar sözə məsuliyyətlə yanaşır və məharətlə düşüncələrini, istəklərini sözlə çözə bilir.
Bu həm çox gözəldir, həm də ondan irəli gəlir ki, Sabina geniş mütaliə dairəsinə malikdir.Sabina Bakıda Mühəndislik Universitetində və Marmara Universitetində Pedaqoqika ixtisası üzrə təhsil alıb.
Hazırda Təhsil İnstitutunda Pedaqoji Psixologiya ixtisası üzrə doktorant təhsilini davam etdirir.Onun bu günlərdə “Səmada görüş” adlı əsəri "Qanun" nəşriyyatında işıq üzü gördü.
Çox yüksək səviyyədə ərsəyə gələn əsərin dizaynları Kənan Eynullayev və Gülnar Məmmədkərimlidir.
Doğrusunu deyim ki, ilk diqqətimi çəkən də əsərdəki rəsmlərin məzmuna uyğun verilməsi oldu.
Sabina Nasir oxucularının görüşünə bu kitabından əvvəl “Azərbaycanı tanıyaq” adlı məktəbdənkənar oxu vəsaiti ilə gəlib.