Gənc yazar vəfat etdi

04.12.2024

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gənc yazar Mətanət Qüdsi dünyasını dəyişib.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Onun hansı səbəbdən dünyasını dəyişdiyi açıqlanmayıb.

Qeyd edək ki, Mətanət Qüdsi 1997-ci ildə Şəmkir rayonunda doğulub, Bakıda yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində rəssamlıq kursunda iştirak edib. Eyni zamanda Gəncə Regional Kollecini təsviri incəsənət müəllimliyi ixtisasını bitirib.

12 yaşından əlil arabasından istifadə edirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью