Gənc yazarın “Uçmağı bacaran ruh” kitabı işıq üzü görüb

27.11.2025

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu günlərdə gənc yazar Səbinə Dənizin “Uçmağı bacaran ruh” adlı yeni kitabı işıq üzü görüb.

525.az xəbər verir ki, kitabın təqdimat mərasimində çıxış edənlər müəllifə uğurlar arzulayıblar.

Müəllif isə çıxışında tədbir iştirakçıları təşəkkürünü bildirərək deyib:

“Bu gün burada olmaq mənim üçün çox həyəcanverici hissdir. Sizə təqdim etdiyim "Uçmağı bacaran ruh" kitabı mənim üçün təkcə roman deyil. Bu kitab – insanın içindəki susmuş səsin, yorulmuş ruhun, amma yenə də uçmaq üçün güc axtaran tərəfinin hekayəsidir. Biz hamımız həyatın hansısa anında qaranlıqla rastlaşırıq. Bəzən yoruluruq, bəzən susuruq. Amma içimizdə bir ruh var ki, nə qədər ağır olsa da, “yenidən qalxa bilərəm” deyə həmişə bizə pıçıldayır. Bu kitab həmin ruhun hekayəsidir. Hər birimizin içində uçmağı bacaran bir ruh var. Ona inanmağı unutmayın”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью