“Gəncə” ABL də mövsümə “Ordu” ilə başlayır

03.10.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycan Basketbol Liqasında ilk turun daha bir qarşılaşması bu gün baş tutacaq.

İdman.Biz xəbər verir ki, “Gəncə” səfərdə “Ordu” ilə qarşılaşacaq.

Bakı İdman Sarayında keçiriləcək görüş saat 15:00-da başlayacaq.

İlk turda artıq üç oyun keçirilib. “Sabah” “LANDAU Lions”u 84:74, “Sumqayıt” isə NTD-ni 111:94 hesabı ilə məğlub edib. “Naxçıvan” - “Neftçi” matçı isə Bakı klubunun FIBA Avropa Kubokunda iştirakı ilə əlaqədar təxirə salınıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью