Gəncə ağsaqqalları ilə görüş

06.11.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağsaqqal sözü həyatın sınaqlarından keçmiş təcrübənin səsidir. Bu sözə qulaq asmaq həm keçmişə ehtiram, həm də gələcəyə qayğı deməkdir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun şəhər ağsaqqalları ilə görüşündə də doğma şəhərin bugünü və sabahı barədə söhbət açılıb.

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, şəhər icra hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər.

Qarşıdan gələn 8 Noyabr Zəfər Günü söhbətə xüsusi ovqat qatıb. Niyazi Bayramov ağsaqqalları bayram münasibətilə təbrik edib, bu tarixi günün xalqımız üçün əhəmiyyətindən bəhs edib. Səmimi söhbət zamanı Gəncədə aparılan abadlıq-quruculuq işləri, sosial-iqtisadi inkişaf, infrastrukturun yenilənməsi və sakinlərin rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər müzakirə olunub.

Şəhər rəhbəri Gəncənin inkişafında ağsaqqalların zəngin həyat təcrübəsinin, dəyərli məsləhətlərinin və ictimai fəallığının mühüm rolunu vurğulayıb. Ağsaqqallar Prezident İlham Əliyevin Gəncəyə diqqət və qayğısını yüksək qiymətləndirib, şəhərdə görülən işlərlə bağlı fikirlərini, təklif və tövsiyələrini bölüşüblər.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью