Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət

26.08.2025

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər hava şəraitinin kəskin isti keçməsi təkcə küçələrdəki insanlara deyil, həm də dövlət qurumlarında çalışanlara da təsirsiz ötüşmür.

Gəncədəki “ASAN Xidmət”də çalışan əməkdaşların Gununsesi.info-ya verdiyi məlumata görə,  binanın soyutma sistemi işləmədiyindən kəskin isti şəraitində işləməyə  məcburdurlar.

Gün ərzində minlərlə vətəndaşa xidmət göstərən “ASAN Xidmət” əməkdaşları bildirir ki, binanın soyutma sisteminin gücü havanı sərinlətməyə imkan vermir.

Məsələ ilə bağlı “ASAN Xidmət”in yerli rəhbərliyi aidiyyatı üzrə məsələ qaldırsa da problem həllini tapmayıb.

Bildirilir ki, 4 mərtəbəli binanın soyutma sistemi üçün əlavə və müasir avadanlıqlar lalınmalıdır. Bu isə  külli miqdarda vəsait tələb etdiyindın həlli mümkünsüzdür.

Ona görə də işçilərin havaların sərinləməsi üçün dua etməkdən başqa çarəsi yoxdur.

Qeyd edək ki, adıçəkilən “ASAN Xidmət” 2013-cü ildə istifadəyə verilib.

Burada Gəncə ilə yanaşı Şəmkirin, Gədəbəyin, Daşkəsənin, Göygölün, Goranboyun, Samuxun, Naftalanın, Kəlbəcərin və Xocalının bir milyona yaxın sakininə xidmət göstərilir.

Günay Mahirqızı

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью