Gəncə Avropa Kubokuna ev sahibliyi edəcək

17.03.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə şəhəri növbəti nüfuzlu idman yarışına ev sahibliyi etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, aprelin 4-5 tarixlərində Gəncə İdman Sarayında yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.

Qitənin ən perspektivli gənc cüdoçuları medallar uğrunda mübarizə aparmaq üçün Nizami yurduna üz tutacaqlar.

İki gün davam edəcək yarışda müxtəlif ölkələrdən yüzlərlə idmançının iştirakı gözlənilir.

Bu turnir yeniyetmə idmançıların beynəlxalq təcrübə qazanması və reytinq xallarını artırması baxımından böyük əhəmiyyət kəsb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью