Gəncə avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məhdudiyyətlər olacaq

10.06.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

R-51 M-2 (336 km) – Gəncə avtomobil yolunun 2-ci kilometrində yerləşən körpünün təmiri ilə əlaqədar, 11 iyun saat 00:00-dan həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Avtosfer.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məhdudiyyətə əsasən, müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq körpünün yanındakı alternativ yolla təşkil ediləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью