“Gəncə azarkeşlərinə təşəkkür edirəm” Azər Bağırov İdmanXəbər | Icma.az
Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Kəpəz” Misli Premyer Liqasının 14-cü turunda öz meydanında “Araz-Naxçıvan”a 0:2 hesabı ilə məğlub olub.
İdmanxeber.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: – Gəncə azarkeşlərinə təşəkkür edirəm.
Komandanı sona qədər dəstəklədilər. İki fərqli hissə izlədik. İlk yarıda oyunumuz alınmırdı. İkinci hissədə dəyişikliklər etdik.
Amma qolu vura bilmədik. – Sarı vərəqə gördüyünüz epizodu necə dəyərləndirirsiz? – Axır vaxtlar bir az emosional olmuşam.
Bu da son oyunlara görədir. Biz də özümüzü tənzimləməliyik. Keçmiş komandanıza məğlubiyyətin məyusluğu var?
– Məğlubiyyətlərin hamısı məyusluq yaradır. Rəqibin fərqi yoxdur. Bu gün önəmli olan “Kəpəz”in xal qazanması idi.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu