Gəncə basketbol komandası növbəti qələbəsini qazanıb

01.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Gəncə" Azərbaycan Basketbol Liqasında növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, Halil Atlının baş məşqçisi olduğu kollektiv V turda "Şəki"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 78:75 hesablı qələbəsi ilə yekunlaşıb.

Gəncə təmsilçisi A qrupunda 8 xalla liderdir. 6 xalı olan "Şəki" 3-4-cü yerləri bölüşdürür.

Günün ilk oyununda "Sərhədçi" "Neftçi"ni məğlub etmişdi - 84:77.

Qeyd edək ki, əvvəlki matçlarda "Naxçıvan" "Abşeron"u (72:68), "Ordu" "Lənkəran"ı (92:55), "Sabah" NTD-ni (110:86), "Quba" isə "Sumqayıt"ı (97:83) məğlub edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью