Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gəncədə qətl hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Food city" bazarında qeydə alınıb.
Sözügedən bazarda dükanda qadın paltarı satan 64 yaşlı L.Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Ona yardım edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, qadını oğlu aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.