“Gəncə” braziliyalı baş məşqçinin rəhbərliyi altında məşqlərə başlayıb

02.09.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"Gəncə" voleybol klubunun baş məşqçisi Rafael Petri Azərbaycana gəlib.

İdman.biz xəbər verir ki, braziliyalı mütəxəssis artıq komandanı ilk məşq çıxarıb.

"Gəncə" ilə yeni mövsümə iddialı başlamağı hədəfləyən Petri hazırda voleybolçuları qarşıdakı yarışlara hazırlayır.

44 yaşlı çalışdırıcı ötən mövsüm Perunun “Alianza Lima” klubunu ölkə çempionu edib. Bu, komandanın 31 ildən sonra qazandığı ilk titul olub.

Petry karyerası ərzində Braziliya, Portuqaliya, İspaniya, Kolumbiya və Çexiyada müxtəlif klublarda fəaliyyət göstərib. O, həmçinin Kolumbiyanın U-17, U-18 və U-20 yığmalarını çalışdırıb, 2020–2022-ci illərdə isə Meksika millisinin baş məşqçisi olub.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью