Gəncə çayı yenə “hirsləndi”

15.05.2025

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə çayında yağışların  intensiv  yağması nəticəsində çayda sululuğun artması müşahidə olunmuşdur. Sel sularının fəsadlarının qarşısının alınması üçün əraziyə Göygöl Su-Meliorasiya sistemləri istismarı idarəsinin ağır texnikaları və canlı qüvvələri cəlb edilmişdir. Ağır texnikanın köməyi ilə çay məcrasında tənzimlənmə və sahilbərkitmə işləri aparılaraq qabaqlayıcı tədbirlər görülmüşdür. Bunun nəticəsində sel fəsadlarının törətdiyi və törədə biləcəyi təhlükələrin qarşısı alınmışdır.  Sel sularının çayın məcrası istiqamətində axıdılması təmin edilmişdir.

Qeyd edək ki, bir müddət əvvəl Gəncə Mənzil Kommunal istehsalat birliyinin işçiləri çayın şəhərin ərazisindən keçən hissəsində böyük təmizləmə, abadlıq işləri aparmışlar ki, bu da sel zamanı ciddi fəsadların törədilməsinin qarşısını almışdır.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Gəncə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью