Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar yad ediləcək

10.11.2024

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

22 noyabr saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun mahnılarından ibarət konsert proqramı baş tutacaq.  

“Qafqazinfo” xəbər verir ki, gecədə Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə filarmoniyanın solistlərinin ifasında bəstəkarın “Yaşa könül”, “Arzuya bax, sevgilim”, “Yadıma düşdü”, “Gözünə qurban”, “Ceyran”, “Getmə, amandır”, “Oxu, sevgilim” və başqa mahnıları səsləndiriləcək.

Biletləri filarmoniyanın kassasından və ya iticket.az saytından əldə edə bilərsiniz.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью