Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
22 noyabr saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun mahnılarından ibarət konsert proqramı baş tutacaq.
Gecədə Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə filarmoniyanın solistlərinin ifasında bəstəkarın "Yaşa könül", "Arzuya bax, sevgilim", "Yadıma düşdü", "Gözünə qurban", "Ceyran", "Getmə, amandır", "Oxu, sevgilim" və başqa mahnıları səsləndiriləcək.
Biletləri filarmoniyanın kassasından və iticket.az saytından əldə etmək mümkündür.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Gecədə Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə filarmoniyanın solistlərinin ifasında bəstəkarın "Yaşa könül", "Arzuya bax, sevgilim", "Yadıma düşdü", "Gözünə qurban", "Ceyran", "Getmə, amandır", "Oxu, sevgilim" və başqa mahnıları səsləndiriləcək.
Biletləri filarmoniyanın kassasından və iticket.az saytından əldə etmək mümkündür.