Gəncə Dövlət Milli Dram Teatrı Bölgə teatrlarının Bakı premyeraları layihəsində iştirak edib

06.02.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncə, 6 fevral, Elcan Məmmədov, AZƏRTAC

Akademik Milli Dram Teatrının Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə həyata keçirdiyi "Bölgə teatrlarının Bakı premyeraları" layihəsinin budəfəki qonağı Gəncə Dövlət Milli Dram Teatrı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Dövlət Milli Dram Teatrının kollektivi Milli Dram Teatrının səhnəsində türk yazıçısı Birgül Yeşiloğlu Gülerin əsəri əsasında rejissor Elşad Əhmədovun quruluş verdiyi "Qadınlar danışsalar..." tamaşasını nümayiş etdirib.

Tamaşanın nümayişindən sonra Akademik Milli Dram Teatrının bədii rəhbəri, dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə Gəncə Dövlət Milli Dram Teatrının baş rejissoru və tamaşanın quruluşçu rejissoru Elşad Əhmədova Akademik Milli Dram Teatrının diplomunu təqdim edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью