Gəncə Dövlət Milli Dram Teatrında yeni tamaşanın premyerası olub

31.01.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə, 31 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Milli Dram Teatrında ingilis yazıçısı Rey Kuninin "Nömrə 13" adlı komediyası nümayiş olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, rejissoru Şahmar Məmmədovdur. Səhnə əsərində Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Abbasov, Novruz Cəfərov, Aslan Şirin, Kəmalə Məmmədova və digər aktyorlar iştirak ediblər.

Qeyd edək ki, tamaşa bu gün də nümayiş olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью