Icma.az, Modern.az saytına istinadən bildirir. Gəncə Dövlət Universitetində “Tyutor xidməti”nə tyutor (akademik məsləhətçi) vəzifəsi üçün el
30 Senytabr 2024-cü il tarixdə başlanılan müsabiqədə Universitetin tədris-köməkçi, inzibati işçiləri və magistraturada təhsil alan 1-ci kurs
Üç mərhələli müsabiqəni müvəffəqiyyətlə başa vuran namizədlər 15 gün müddətində akademik təlimə cəlb olunub, yekun mərhələni uğurla başa vur
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov bütün mərhələləri müvəffəqiyyətlə başa vuraraq işə qəbul olan tyutorlarla görüş keçirib.
Rektor tyutor (akademik məsləhətçi) vəzifəsinə yeni təyin olunanlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara göstərilən etimadı layiqincə doğruldacaqlarına əminliyini ifadə edib.
Bununla yanaşı tədrisin təşkilində keyfiyyətin artırılmasında və universitet-tələbə əlaqələrinin düzgün qurulmasında tyutor xidmətinin vacibliyindən söhbət açıb.
Təlimlərin məzmunlu və praktiki yönümlü təşkilindən məmnunluqlarını ifadə edən tyutor vəzifəsinə yeni işə qəbul olanlar gənclərə göstərilən diqqətə və yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Gəncə Dövlət Universitetində Tyutor Xidməti Tədris Departamentinin tərkibində 2022-ci ildən fəaliyyət göstərir.