Gəncə DYP nə yeni rəisi müavini təyin edildi

14.03.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə rəisi müavini vəzifəsinə təyinat olub.

Lent.az-ın məlumatına görə bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Musayev Kazım Akif oğlu Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin tağım komandiri vəzifəsindən azad edilərək, şöbənin rəis müavini təyin edilib.

Qeyd edək ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əvvəlki rəis müavini  Elnur Quliyev Xaçmaz Rayon Polis şöbəsinin DYP bölmə rəisi vəzifəsinə təyinat alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью