Gəncə ətrafındakı səslərlə bağlı Rəsmi açıqlama

09.12.2024

Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gəncə ətrafındakı səslərlə bağlı - Rəsmi açıqlama

Gəncə şəhəri ətrafında güclü partlayış səslərinin eşidilməsi ilə bağlı məlumatlar yayılıb. İddialarda təcili tibbi yardım maşınlarının intensiv hərəkətinin müşahidə olunduğu da qeyd edilib.

Müdafiə Nazirliyindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir: "Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью