Gəncə ətrafındakı səslərlə bağlı Rəsmi açıqlama

09.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Gəncə şəhəri ətrafında güclü partlayış səslərinin eşidilməsi ilə bağlı məlumatlar yayılıb. İddialarda təcili tibbi yardım maşınlarının intensiv hərəkətinin müşahidə olunduğu da qeyd edilib. 

Müdafiə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir:

“Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью