Gəncə ətrafındakı səslərlə bağlı rəsmi açıqlama

09.12.2024

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə şəhəri ətrafında güclü partlayış səslərinin eşidilməsi ilə bağlı məlumatlar yayılıb. İddialarda təcili tibbi yardım maşınlarının intensiv hərəkətinin müşahidə olunduğu da qeyd edilib.

Müdafiə Nazirliyindən bildirilib ki, cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir.

"Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - açıqlamada vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью