Gəncə ətrafındakı səslərlə bağlı Rəsmi açıqlama KONKRET

09.12.2024

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Gəncə şəhəri ətrafında güclü partlayış səslərinin eşidilməsi ilə bağlı məlumatlar yayılıb. İddialarda təcili tibbi yardım maşınlarının intensiv hərəkətinin müşahidə olunduğu da qeyd edilib. 

KONKRET.az-ın məlumatına görə, Müdafiə Nazirliyindən bildirilib ki, cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir.

“Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – açıqlamada vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью