“Gəncə” evdə məyus oldu

12.11.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın “Gəncə” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, C qrupunun VI turu çərçivəsində doğma azarkeşləri önündə Türkiyənin “Esenler Erokspor” komandasını qəbul edən təmsilçimiz meydandan 61:93 hesablı məğlubiyyətlə ayrılıb.

Bu nəticədən sonra turnirdə keçirdiyi altı matçda beşinci dəfə uduzan “Gəncə”nin aktivində cəmi bir qələbə var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью