Gəncə futbolunda yeni qalmaqal: Hadisəyə polis müdaxilə edib İdman və Biz

25.11.2024

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə futbolunda yeni qalmaqalın əsası qoyulub.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, bu dəfə diqqət mərkəzində "Kəpəz"in icraçı direktoru Cabir İbrahimov və veteran futbolçu Firuz Qulamidir.

İcraçı direktor aralarında yaşanan narazılığa görə veteran futbolçunun evinə adam göndərib. Qulami məsələnin dava-dalaş həddinə çatacağını, problemin daha da böyüyəcəyini hiss edərək 102-yə zəng vurub. Bundan sonra yaşananlara hüquq-mühafizə orqanı müdaxilə edib.

Firuz bəy baş verənlərlə bağlı polisə müraciət edib. Hazırda araşdırma gedir.

Deyilənlərə aydınlıq gətirmək üçün veteran futbolçu ilə əlaqə saxladıq. Firuz bəy baş verən olay barədə geniş danışmaq istəmədiyini bildirdi: "Müəyyən səbəblərə görə, indi baş verənlərlə bağlı danışmaq istəmirəm. Hər şeyin vaxtı var. Zamanı gələndə ictimaiyyətə bu barədə geniş açıqlama verəcəm".

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью