Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qərb regionunun turizm potensialının təbliği və təşviqi məqsədilə Gəncə Regional Turizm İdarəsi şəhərdə fəaliyyət göstərən yerləşmə müəssisələrini məlumatlandırıcı materiallarla təmin edib.
Təbliğat materialları El Hotel, Heaven Hotel və Premium Hotelə təqdim olunub. Materialların regionun turizm imkanlarının yerli və xarici ziyarətçilərə daha geniş tanıdılmasına, eləcə də turizm məlumatlarının əlçatanlığının artırılmasına töhfə verməsi nəzərdə tutulur.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri