Gəncə İcra Hakimiyyətindəki otaqlar 8 400 manata icarəyə verilib

17.01.2025

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu ilə Gəncə Şəhər İcra Hakimiyyətinin İnzibati bina idarəsi arasında satınalma müqaviləsi imzalanıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilənin şərtlərinə əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otaqlar bir il (2025-ci il) müddətinə “Azərdövlətlayihə” İnstitutuna icarəyə veriləcək.
“Azərdövlətlayihə” İnstitutu Gəncə Şəhər İcra Hakimiyyətinə icarə haqqı olaraq 8 min 400 manat ödəyəcək.
Murad Məmmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью