Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) İnzibati işlər və təsərrüfat şöbəsinə gətirilən yeni texnikalara baxış keçirib.
Gununsesi.info xəbər verir ki, şəhər rəhbərinə məlumat verilib ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirdiyi layihə çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən “Bərk məişət tullantılarının idarə olunması” layihəsi üzrə satın alınması nəzərdə tutulan 34 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsindən 3-ü üzrə tender müsabiqəsi artıq yekunlaşıb.
Təchizatçı şirkət tərəfindən 1 ədəd kompaktor, 1 ədəd buldozer və 1 ədəd ekskavator MKTİB-ə təhvil verilib.
Niyazi Bayramov təqdim olunan texnikalara yerində baxış keçirib, onların texniki imkanları ilə tanış olub. Şəhər rəhbəri yeni texnikaların şəhərin kommunal təsərrüfatında səmərəli və təyinatı üzrə istifadəsinin təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.