Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi qəfil dünyasını dəyişib.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində olub.
İdarənin əməkdaşı, 1975-ci il təvəllüdlü Şahin Talıbov küçədə iş görərkən səhhəti qəfil pisləşib. O, hadisə yerində dünyasını dəyişib.
Ş.Talıbov adıçəkilən qurumda fəhlə işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.