futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misli Premyer Liqasının 2-ci turunda “Qarabağ”la qarşılaşması təxirə salınan “Kəpəz” yaranan boşluqdan istifadə edərək hazırlıq oyunu təşkil edəcək.
Futbolpress.az xəbər verir ki, Azər Məmmədovun baş məşqçisi olduğu Gəncə təmsilçisi I Liqa iştirakçısı “Gəncəbasar”la qüvvəsini sınayacaq.
Bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
Görüş “Kəpəz”in məşq bazasında baş tutacaq. Avqustun 23-nə təyin olunan qarşılaşmanın start fiti saat 17:30-da səslənəcək.
Xatırladaq ki, “sarı-göylər” çempionatın start turunda səfərdə “Sabah”a 0:2 hesabıyla məğlub olub.