Gəncə klublarının yoxlama matçında 6 qol

23.08.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının II turunda “Qarabağ”la qarşılaşması təxirə salınan “Kəpəz” yaranan fasilədən istifadə edərək yoxlama oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, “sarı-göylər” öz məşq bazasında “Gəncəbasar” kollektivi ilə üz-üzə gəlib. Saat 17:30-da start götürən qarşılaşma ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Çempionatın açılış turunda səfərdə “Sabah”a 0:2 hesabı ilə məğlub olan “Kəpəz” növbəti rəsmi matçını avqustun 28-də, III tur çərçivəsində öz meydanında “Turan Tovuz”a qarşı keçirəcək.

I Liqa təmsilçisi “Gəncəbasar” isə yeni mövsümdə ilk rəsmi oyununa sentyabrın 3-də çıxacaq. Komanda I turun açılış matçında səfərdə “Şimal FK” ilə qüvvəsini sınayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью