futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Gəncə” basketbol komandası ABŞ təmsilçisi Mitçel Lataviusu heyətinə cəlb edib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Hücumçu mövqeyində oynayan basketbolçu ilə 2026/27 mövsümünün sonunadək müqavilə bağlanıb.
Boyu 203 sm olan 28 yaşlı forvard ötən mövsüm İrlandiyanın “Ballinkolliq” komandasında çıxış edərək çempionatın ən dəyərli oyunçusu (MVP) adını qazanıb. O, mövsümlərarası fasilədə NBA Yay Liqasında “Detroyt Pistons”un şərəfini qoruyub.