Gəncə klubunda amerikall məşqçi

29.07.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Gəncə" basketbol klubunun yeni baş məşqçi təyin olunub. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-göylər"i ABŞ-dən olan Martin Knejeviç çalışdıracaq.

47 yaşlı mütəxəssislə qarşıdakı mövsümün sonuna kimi müqavilə bağlanıb.

Qeyd edək ki, M.Knejeviç 12 illik peşəkar məşqçi karyerasında vətənindən başqa 7 ölkədə işləyib. O, Kanada, Danimarka, Rumıniya, Livan, Vyetnam, Meksika və Çində fəaliyyət göstərib. NBA-da çıxış edən bir çox oyunçu ilə çalışan mütəxəssis "Dallas" və "Klivlend" kimi klublarda iş təcrübəsinə malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью