Gəncə komandasının prezidenti hakimi təhqir etdi, 8 oyunluq cəza aldı

26.11.2026

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AFFA Region Liqasında çıxış edən "Veteran Tankçılar Gəncə" komandasının prezidenti Hacıbaba Əzimov səkkiz oyunluq cəza alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.

Buna funksionerin "Göyəzən"lə oyundan sonra hakimlər otağına daxil olaraq onları təhqir etməsi səbəb olub. H.Əzimov qarşıdakı 8 matça buraxılmayacaq.

Bundan əlavə, "Veteran Tankçılar Gəncə"nin futbolçusu Sahib Gümşüdov qarşılaşmanın 42-ci dəqiqəsində qeyri-idman hərəkəsinə görə ikinci sarı vərəqə alıb. O, daha sonra rəqib futbolçunu vuraraq təhqir etdiyi üçün 7 oyunluq diskvalifikasiya olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью