“Gəncə” “Lənkəran”a, “Abşeron” NTD yə qarşı

10.04.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə start veriləcək.

İdman.biz xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.

Gəncədə eyniadlı komanda “Lənkəran”ı sınağa çəkəcək. “Abşeron” isə NTD ilə üz-üzə gələcək.

Azərbaycan Basketbol Liqası
Pley-in, ilk oyunlar
10 aprel

14:00. “Gəncə” – “Lənkəran”
Gəncə İS

19:00. “Abşeron” – NTD
Abşeron OİK

Qeyd edək ki, digər iki cütdə ilk matçlar sabah keçiriləcək. Yarışın reqlamentinə əsasən, pley-in mərhələsində ən tez iki qələbə qazanmış klublar pley-offa vəsiqə qazanacaqlar.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью