Gəncə məhkəməsində kuryoz hadisə...

06.07.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“Gəncə Kommersiya Məhkəməsi mayın 20-də iddianı təmin edən qətnamə qəbul edib. Cavabdeh deyir ki, nə işdən xəbəri var, nə də qətnamədən. Bəli, Elektron Məhkəmə Sistemində iş də var, qətnamə də, amma cavabdehə bildirişlər gəlməyib. Vətəndaş elektron kabinetini gündəlik monitorinq etməli deyil axı, ona bildirişlər gəlməlidir ki, işdən və məhkəmə aktlarından xəbərdar olsun. Məhkəmə-Hüquq Şurasının 24 iyun 2025-ci il tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 112-ci bəndinə əsasən məhkəmələr bildirişləri mütləq göndərməlidir. Lakin məlum olduğu kimi, artıq 3 aydan çoxdur ki, Elektron Məhkəmə Sistemi iflic vəziyyətdə işləyir və bildirişlər əksər hallarda göndərilmir”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə vəkil Əkrəm Həsənov öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, Elektron Məhkəmə Sisteminin iflic olmasından yalnız əhali və vəkillər deyil, hakimlər də əziyyət çəkir:

“Amma indi əsas heç bu da deyil. Əsas odur ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Bunu bilən iddiaçı hələ mayın 4-də Gəncə Kommersiya Məhkəməsinə elektron ərizə verərək bildirib ki, “iş üzrə məhkəmə icraatının davam etdirilməsi üçün əsas qalmamışdır. Odur ki, məhkəmə icraatının baxılmamış saxlanılması və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərar çıxarılmasını xahiş edirik”. Yəni tələbindən imtina edib. Həmin müraciət Elektron Məhkəmə Sistemində hazırda görünür. Amma böyük ehtimalla hakim 20 mayda qətnaməni qəbul edərkən ərizəni görə bilməyib və buna görə də iddianı təmin edib. Marqarita pizza

Bir sözlə, Elektron Məhkəmə Sisteminin iflic olmasından yalnız əhali və vəkillər deyil, hakimlər də əziyyət çəkir: sənədləri görə bilmirlər və s. Bu barədə hakimlər biz vəkillərə iclaslarda da məlumat verirlər. Amma təbii ki, onlar bu problemləri ictimailəşdirə bilmirlər. Odur ki, Elektron Məhkəmə Sisteminin problemlərini xalqa və ölkə rəhbərliyinə bəyan edə bilən təkcə biz vəkillərik! Prezidentin ictimai nəzarətin gücləndirilməsi çağırışlarına cavab olaraq biz bunu mütləq etməliyik. O cümlədən hakimlərə dəstək olmaq üçün. Əks halda, problemləri heç kəs bilməyəcək və bu cür biabırçılıqlar davam edəcək. Yoxsa bu dəvəquşu kimi başımızı quma soxaq?”

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью