“Gəncə Memorial Hospital”da əməliyyat: Külli miqdarda...

28.06.2025

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

"Gəncə Memorial Hospital" MMC-yə qarşı operativ vergi nəzarəti çərçivəsində maliyyə sanksiyaları tətbiq edilib.

32gun.az-ın əldə etdiyi məlumata görə, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqaviləsinin bağlanmaması ilə bağlı tərtib olunmuş AKT-a əsasən müəssisə 6000 manat məbləğində cərimələnib.

Eyni zamanda, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı üzrə də 1000 manat maliyyə sanksiyası tətbiq olunub.

Əldə etdiyimiz digər məlumata görə, MMC-nin dövlət büdcəsinə olan vergi borcu 112401.12 manat təşkil edir.

Şirkətin nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi isə Vüsal Sadıqov Şahbaz oğludur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью