sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. "Oyunun 2-ci və 3-cü periodlarında yaxşı mübarizə apardıq".
Sport24.az xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı "Lənkəran"la oyundan sonra fikirlərini klubun mətbuat xidmətinə bildirib.
Mütəxəssis bildirib ki, rotasiya edərək oynayıblar: "Rəqibimizi oyuna görə təbrik edirəm. Bu matç bizim üçün göstərici ola bilməz.
Sondan əvvəlki dövrənin ilk görüşü idi. Qarşıda daha 9 oyun var.
Çatışmazlıqları aradan qaldırıb mübarizəni ən yaxşı şəkildə sürdürmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, bu gün Azərbaycan Basketbol Liqasının 11-ci turunda "Gəncə" səfərdə "Lənkəran"a 79-66hesabı ilə qalib gəlib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.