Gəncə nin baş məşqçisi: Yaxşı mübarizə apardıq | Icma.az
Report.az saytına istinadən Icma.az xəbər verir. Oyunun 2-ci və 3-cü periodlarında yaxşı mübarizə apardıq.
"Report" xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının XI turunda "Lənkəran"la görüşdən (79:66) sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Mütəxəssis çatışmazlıqları aradan qaldırmaq üçün əllərindən gələni edəcəklərini söyləyib: “Oyunun 2-ci və 3-cü periodlarında yaxşı mübarizə apardıq.
Rotasiya edib oynadıq. Rəqibimizi oyuna görə təbrik edirəm. Bu matç bizim üçün göstərici ola bilməz. Sondan əvvəlki dövrənin ilk görüşü idi.
Qarşıda daha 9 oyun var. Çatışmazlıqları aradan qaldırıb mübarizəni ən yaxşı şəkildə sürdürmək üçün əlimizdən gələni edəcəyik".
Bizim Telegram kanalımıza abunə olun Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu