“Gəncə prospekti bir həftədən çoxdur qazılıb, tıxacda əziyyət çəkirik” Video

30.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Xətai rayonu Gəncə prospektində bir həftədən çoxdur ki, “Azəriqaz” tərəfindən qazıntı işləri aparılır. Xüsusən pik saatlarda tıxacın ucu-bucağı görünmür. Hər gün çətinliklə evə gedib çatırıq, düşünürük ki, bəlkə, sabaha düzələr. Səhər məlum olur ki, qazıntı işlərini bir az da genişləndiriblər…”

Bu şikayətlə “Qafqazinfo”ya vətəndaşlar müraciət ediblər. 

Onların sözlərinə görə, yol üç hərəkət zolağından ibarət olsa da, biri ictimai nəqliyyat üçün ayrılıb: “Yolumuz 3 zolaqlıdır, onun biri avtobuslara ayrılıb, birində qazıntı aparıldığından ancaq bir zolaq qalır. İntensiv hərəkət olan yolda cəmi bir zolaq saatlarla çəkən tıxaclara səbəb olur. Biz orada hansısa iş görüldüyünü də görmürük, ancaq qazılan ərazi genişləndirilir. Qazıntı nə vaxt bitəcək, o barədə də heç bir məlumat verilmir”.

Problemlə bağlı “Azəriqaz” İB-yə sorğu ünvanlamışıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью