Gəncə prospektində moped sürən gənclər təhlükəli “şou” göstərdi VİDEO

23.06.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Xətai rayonu, Gəncə prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 20-də saat 14:00 radələrində qeydə alınıb. Kadrlarda moped idarə edən gənclərin hərəkətdə olan nəqliyyat vasitələrinə məhəl qoymadan zolaqlar arasında təhlükəli manevrlər etdiyi görünür. Görüntülərdə həmçinin sürücülərdən birinin hərəkət zamanı ayağını digər moped istiqamətinə uzadaraq riskli davranış sərgilədiyi də əks olunur. Eyni zamanda sürücü və sərnişinlərin qoruyucu dəbilqədən istifadə etmədiyi aydın görünür.

Qeyd edək ki, bu cür davranışlar yalnız qayda pozuntusu deyil, eyni zamanda qəfil manevrlər zamanı toqquşma və idarəetmənin itirilməsi riskini xeyli artırır. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью