Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtın Xətai rayonunda piyadanın vurulma anı videoqeydiyyatçıya düşüb.
Avtosfer.az-ın məlumatına görə, bədbəxt hadisə bir müddət əvvəl Gəncə prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “KIA” markalı maşının sürücüsü yolu keçən orta yaşlı kişini vurub. Şahidlərin iddiasına əsasən, piyada keçiddən keçən zaman vurulub və zərbənin təsirindən bir neçə metr kənara atıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisənin görüntüsü sosial şəbəkədə müzakirələrə səbəb olub. İstifadəçilər sözügedən ərazidə əksər sürücülərin piyada keçidinə əhəmiyyət vermədən hərəkət etdiklərini bildirib.
Nərmin