Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncədə baş vermiş avtoqəzada xəsarət alanların son vəziyyəti açıqlanıb
Bizim.Media xəbər verir ki, Gəncədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (2 kişi, 3 qadın) 11.11.2026-cı il tarixində saat 00:10-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Xatırladaq ki, ötən gün Gəncədə iki avtomobil toqquşub. 6 nəfərin xəsarət aldığı hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Qəza zamanı 1981-ci il təvəllüdlü E.Əsədullayev, 1989-cu il təvəllüdlü A.Hüseynova, 2018-ci il təvəllüdlü A.Əsədullayeva, 2020-ci il təvəllüdlü C.Əsədullayeva, 2024-cü il təvəllüdlü A.Əsədullayeva və 1996-cı il təvəllüdlü E.Hümbətov xəsarət alıb.
Bizim.Media