“Gəncə” “Sabah”a MƏĞLUB OLDU

14.03.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycan Basketbol Liqasında 19-cu turun daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, günün ilk matçında “Gəncə” “Sabah”ı qəbul edib.
Gəncə İdman Sarayında reallaşan qarşılaşma qonaqların qələbəsi ilə bitib – 87:73. Günün ikinci görüşündə “Abşeron Lions” “Neftçi” ilə üz-üzə gələcək.
Xatırladaq ki, tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” “Sərhədçi”ni (83:67), “Quba” “Lənkəran”ı (95:88) məğlub edib.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью