Gəncə sakini dayısını və dayısı arvadını bıçaqladı

21.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Gəncədə iki nəfər bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Bağmanlar küçəsində baş verib. 1969-cu il təvəllüdlü E.Huseynov və onun həyat yoldaşı bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki xəstə əməliyyat edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, hər iki şəxsi E.Huseynovun bacısı oğlu bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью