Gəncə sakini qohumu tərəfindən bıçaqlandı

08.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

47 yaşlı Arzu Bəricaz bıçaqlanıb. Yaralı ağır vəziyyətdə yaxınlıqdakı, xəstəxanalardan birinə çatdırılıb. O, ürək nahiyəsindən bir neçə bıçaq zərbəsi alıb.İlkin məlumata görə, adıçəkilən şəxs öz qohumu tərəfindən bıçaqlanıb. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью