Gəncə sakini son anda xilas edildi

07.10.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Gəncə şəhərində intihara cəhd faktı qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Gülüstan yaşayış massivində baş verib. 1986-cı il təvəllüdlü E. Abbasov yaşadığı evdə özünü asmağa cəhd edib. Onun yaxınları hadisə zamanı kişini asılı vəziyyətdə görüblər və dərhal ipi açaraq xəstəxanaya çatdırıblar.

Hazırda 39 yaşlı E. Abbasovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью