Gəncə sakinini bıçaqlayan şəxs tutuldu

10.05.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Gəncə sakininə bıçaqla xəsarət yetirən şəxs tutulub.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində K.Hüseynovun baş nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 27 yaşlı Tofiq Qurbanov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aytac Qasımova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью