Gəncə şəhərində şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib | Icma.az
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir. Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə şəhid ailələri və qazilər üçün “
Zəfər Azərbaycanındır!” şüarı altında keçirilən tibbi müayinə aksiyaları davam edir.
Növbəti aksiya 23-24 noyabr tarixlərində Gəncə şəhərində gerçəkləşib.
Bununla əlaqədar olaraq, YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirovun rəhbərlik etdiyi nümyəndə heyəti Gəncə şəhərinə səfər edib.
Əvvəlcə qonaqlar Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucladılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər.
Görüşdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan bəhs olunub.
Görüşdən sonra qonaqlar Gəncə Şəhər Şəhidlər Xiyabanında olaraq şəhidlərin əziz xatirəsini yad ediblər.
Tam oxu
Xəbəri oxu