Gəncə şəhərində yol hərəkətinin təşkilində dəyişiklik olunub

18.08.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Gəncə şəhərinin Nizami küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Qəmbər Hüseynli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində ikitərəfli hərəkət təşkil olunub.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, nəticədə nəqliyyat vasitələrinin izafi yürüşü azalıb, səyahət müddəti qısalıb, o cümlədən ictimai nəqliyyatın mobillik imkanları və əlçatanlığı artıb.

Görülən işlər çərçivəsində müvafiq yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkil olunub, işıqfor bölmələrində dəyişiklik edilib.

Hərəkət iştirakçılarından ərazidəki nişanların tələblərini rəhbər tutaraq hərəkət etmələri xahiş olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью